Turizm və Menecment Universiteti və “ASAN Könüllüləri” memorandum imzalayıb

Turizm və Menecment Universiteti və “ASAN Könüllüləri” memorandum imzalayıb Azərbaycan Turizm və Menecment Universiteti və “ASAN Könüllüləri” Təşkilatı arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.
Imzalanmış Əməkdaşlıq memorandumunun əsas məqsədi Azərbaycan gənclərində təhsil və elm sahəsinə olan marağın artırılması, gənclərin şəxsi inkişafına yönələn fəaliyyətlərə cəlb olunması ilə dövlət gənclər siyasətinə töhfə verilməsi, turizmin müxtəlif sahələri və istiqamətləri üzrə könüllülük fəaliyyətinin təşviq olunması sahəsində, o cümlədən 2017-ci il 15 sentyabr tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planından irəli gələn sahələrin icrası və digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə edir.
Əməkdaşlıq memorandumuna əsasən, ASAN Könüllüləri, ATMU tərəfindən təşkil olunacaq yerli və beynəlxalq tədbirlərin təşkilinə cəlb olunacaqlar. Həmçinin tərəflər, birgə layihələrin, konfransların, seminarların, eyni zamanda ölkəmizin turizm potensialının artırılması, sahibkarlığın inkişafı, o cümlədən qadın sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətlərin icra olunması, eyni zamanda kənd turizminin inkişafı istiqamətində fəaliyyət göstərəcəklər.
Əməkdaşlıq memorandumu Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və ASAN Könüllüləri Təşkilatının sədri Bəxtiyar İslamov tərəfindən imzalanıb.

Huseyn Şərifov


Oxşar xəbərlər