Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycanın ən böyük banklarından biri olan PAŞA Bankla əməkdaşlığa dair memorandum imzalayıb.
PAŞA Bank və BANM arasında müasir təhsil (elm) proqramlarının həyata keçirilməsi, tələbələrin bankda təcrübə keçməsi tərəflər arasında əsas əməkdaşlıq istiqamətləri kimi müəyyən olunub.
Müqaviləni bu ali məktəbin rektoru Elmar Qasımov və PAŞA Bankın İdarə heyətinin üzvü və baş əməliyyat inzibatçısı Cəlal Orucov imzalayıblar.
İmzalanma mərasimində Bakı Ali Neft Məktəbinin və PAŞA Bankın müxtəlif şöbələrinin rəhbərləri, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi və informasiya təhlükəsizliyi ixtisaslarının tələbələri iştirak ediblər.
Rektor E.Qasımov PAŞA Bankla əməkdaşlıqdan məmnunluğunu bildirərək, tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin də öyrədilməsinin vacibliyini qeyd edib. O, kadr potensialının gücləndirilməsi və xaricə beyin axınının qarşısını almaq üçün ali təhsil müəssisələrində, eləcə də yerli şirkətlərdə səmərəli biznes mühitinin yaradılmasının zəruriliyini vurğulayıb.
Ölkənin ən böyük maliyyə institutlarından olan PAŞA Bankın əsas hədəflərindən danışan Cəlal Orucov bankın bacarıqlı gənclərin yetişməsinə daim dəstək olduğunu bildirib. Bankın nümayəndəsi bu istiqamətdə BANM-lə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonda tələbələri təcrübə və iş imkanları ilə bağlı maraqlandıran suallar cavablandırılıb.
Tədbirdən sonra PAŞA Bankın nümayəndələri BANM-in kampusu ilə tanış olublar.
Qeyd edək ki, tərəflər birgə layihələrin həyata keçirilməsi sahəsində uğurlu təcrübəyə malikdir. Belə ki, Bakı Ali Neft Məktəbinin bir neçə tələbəsi bankda uğurla təcrübə keçərək, işlə təmin olunub.
Tehsil-press.az