AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Proqnoz dövründə (17-19 iyun) Günəş aktivliyinin aşağı olacağı gözlənilir. 17-18 iyun üçün C sinfinə aid alışmaların çox da böyük olmayan ehtimalı var.
Yüklü zərrəciklər – proqnoz dövründə yüksək sürətli Günəş küləyinin daimi təsiri hesabına enerjisi 2 MeV-dən böyük olan elektron seli aşağı səviyyədən yüksək səviyyəyə kimi artacaq. Aktiv oblastlar olmadığı üçün enerjisi 10 MeV-dən böyük olan proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.
Geomaqnit sahənin davam edən G1 (minor) qasırğası ilə qarşılıqlı təsirdə olmayacağı gözlənilir. Lakin Günəş küləyinin 500 km/san.-dən böyük olduğu üçün G1 qasırğasının başvermə ehtimalı qalmaqdadır. İyunun 18 və 19-da əsasən sakit və ya dayanıqsız şəraitə keçid gözlənilir.
Tehsil-press.az