İlahiyyat İnstitutunda “Fəlsəfənin əhəmiyyəti və onun sosial həyatdakı rolu” mövzusunda vebinar

İlahiyyat İnstitutunda “Fəlsəfənin əhəmiyyəti və onun sosial həyatdakı rolu” mövzusunda vebinar Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İlahiyyat fakültəsinin tələbələri üçün “Rəhbərlik proqramı” çərçivəsində “Fəlsəfənin əhəmiyyəti və onun sosial həyatdakı rolu” mövzusunda vebinar keçirilib.
Onlayn tədbirdə İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov “Rəhbərlik proqramı” çərçivəsində keçirilən vebinarların əhəmiyyətindən danışıb. O, fəlsəfə elminin gənclərin həyatındakı önəmini vurğulayıb.
Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov “Fəlsəfənin əhəmiyyəti və onun sosial həyatdakı rolu” mövzusunda məruzə edib. Məruzəçi fəlsəfə elminin mahiyyətindən bəhs edib. Fəlsəfənin digər elm sahələrindən fərqləndirən səciyyəvi xüsusiyyətlərini diqqətə çatdıran Anar Qafarov bu elmin gənclərin dünyagörüşünün inkişafında təsirlərini xüsusi qeyd edib.
Vebinar tələbə və müəllimlərin mövzu ətrafında sualları və müzakirələri ilə davam edib.
Qeyd edək ki, Aİİ tələbələri üçün İlahiyyat fakültəsinin dekanlığı tərəfindən “Rəhbərlik proqramı” çərçivəsində müxtəlif mövzularda aylıq vebinarlar təşkil olunur.

Tehsil-press.az


Oxşar xəbərlər