UFAZ-da “Cənub-qərb maquislərindən I fransız ordusuna qədər” kitabının təqdimatı olub

UFAZ-da “Cənub-qərb maquislərindən I fransız ordusuna qədər” kitabının təqdimatı olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini vermiş fransalı yazıçı, redaktor və tarixçi Alexander Wattinin fransız dilində nəşr olunmuş “Cənub-qərb maquislərindən I fransız ordusuna qədər” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə yazıçı Alexander Wattin, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri və Azərbaycanda Fransız İnstitutunun (IFA) direktoru Jerrome Kelle, həmçinin əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun ailə üzvləri - qızı Almaz Cəbrayılova, oğlu Çingiz Cəbrayılov və digər qonaqlar iştirak ediblər.
Təqdim olunan kitabın müəllifi Alexander Wattin çıxış edərək nəşrin ərsəyə gəlməsində əməyi olan insanlara və UFAZ-a tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür edib.
Əfsanəvi partizanın qızı A.Cəbrayılova çıxışında kitabın müəlliflərinə təşəkkürünü bildirib. Atası haqqında xatirələrindən danışan A.Cəbrayılova erməni saxtakarlığını ifşa edən faktların, eyni zamanda, Azərbaycan və onun qəhrəman oğulları ilə bağlı tarixi həqiqətlərin yer aldığı belə bir kitabın mühüm əhəmiyyət daşıdığını deyib.
Tədbirdə kitabın müəllifi A.Wattin UFAZ tərəfindən sertifikatla mükafatlandırılıb.
Qeyd edək ki, kitab əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinə həsr edilib.

Tehsil-press.az


Oxşar xəbərlər