Azərbaycan-Fransız Universitetinin magistraturasına qəbul aparılıb

Azərbaycan-Fransız Universitetinin magistraturasına qəbul aparılıb 2020-2021-ci tədris ili üçün Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura proqramına qəbul aparılıb. İyunun 8-də pandemiya şəraitinin qaydalarına uyğun keçirilən imtahanlarda 171 nəfər namizəd iştirak edib. İyunun 11-də imtahanların nəticələri açıqlanıb.
Bunu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) magistratura proqramının həyata keçirilməsi ilə bağlı onlayn mətbuat konfransında Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əsgərov deyib.
O bildirib ki, magistratura proqramına kimya mühəndisliyi / fiziki kimya, tətbiqi kompüter elmləri (böyük verilənlər bazası və süni zəka), Yer elmləri ixtisasları daxildir. Magistraturaya ümumilikdə 80 yer ayrılıb və ödənişsizdir. İmtahanların nəticələrinə əsasən 80 tələbə UFAZ-ın magistraturasına qəbul olub.

Tehsil-press.az



Oxşar xəbərlər