Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 40 tələbəsi iki həftə ərzində Strasburqda yay məktəbində iştirak edib.
Yay məktəbində tələbələr intensiv fransız dili dərsləri keçib, Strasburq Universitetinin bir neçə elmi laboratoriyasında olublar. Eyni zamanda, müvafiq proqram çərçivəsində tələbələr Avropa Şurası və Avropa Parlamentində bu qurumların fəaliyyəti ilə tanış olublar.
Yay məktəbinin ikinci həftəsində UFAZ tələbələri Strasburq Universitetinin prezidenti Michel Deneken və universitetinin digər nümayəndələri ilə görüşüblər.
Azərbaycan-Fransız Universitetinin direktoru, dosent Vazeh Əsgərov tələbələrə göstərilən diqqətə görə Michel Denekenə təşəkkürünü bildirib. M.Deneken UFAZ tələbələrinin Strasburq Universitetinin tələbəsi statusunu daşıdığını qeyd edərək onlara təhsildə uğurlar arzulayıb.
Qeyd edək ki, UFAZ-ın tələbələrinin Strasburqda yay məktəbində iştirakı ənənəvi xarakter daşıyır. 2017/2018-ci tədris ilində I və II kursu ən yaxşı qiymətlərlə başa vurmuş 40 tələbə Strasburqda fransız dili, təhsil aldıqları ixtisaslar və laboratoriya məşğələləri üzrə biliklərini zənginləşdiriblər.
Kəmalə Rəhimli