İspaniyanın Alkala Universitetinin əməkdaşları UFAZ-da olublar

İspaniyanın Alkala Universitetinin əməkdaşları UFAZ-da olublar Erasmus+ Mübadilə Proqramı çərçivəsində ölkəmizə gəlmiş İspaniyanın Alkala Universitetinin beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları Buitrago Jimenez Daniel və Lopez Gomez Silvia Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar.
Görüşdə Azərbaycan-Fransız Universitetinin fəaliyyətindən danışan UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov və baş katibi Şarlotta Payen bu ali məktəbdə tədris olunan ixtisaslar, tədris üsulları haqqında ətraflı məlumatlar veriblər.
Sonra ispaniyalı qonaqlar UFAZ-ın auditoriyaları, laboratoriya və maddi-texniki bazası ilə yaxından tanış olublar.

ADNSU-nun Mətbuat Xidməti


İspaniyanın Alkala Universitetinin əməkdaşları UFAZ-da olublar

Oxşar xəbərlər