Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub

Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) gələcək superkompüterinin təqdimatı keçirilib.
Tədbirdə rektor, professor Mustafa Babanlı, Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez, şirkət rəhbərləri, ali məktəb nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə UFAZ-ın kimya mühəndisliyi, üzvi kimya və fizika laboratoriyaları ilə tanış olublar.
Sonra elmi ekspert, professor Pyer Kole UFAZ-ın gələcək superkompüter proqramlarını təqdim edib.
UFAZ-ın müəllimi, Strasburq Universitetinin doktorantı Ülviyə Əbdülkərimova superkompüterin hesablama gücündən istifadə ilə bağlı tədqiqat işi barədə məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

ADNSU-nun Mətbuat Xidməti


Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub

Oxşar xəbərlər