Bu gün AVRO-2020-nin Bakıda dördüncü oyunu keçiriləcək

Bu gün AVRO-2020-nin Bakıda dördüncü oyunu keçiriləcək Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda sonuncu oyun, dörddəbir final mərhləsinin matçı keçiriləcək.
Saat 20:00-da Bakı Olimpiya Stadionunda Danimarka və Çexiya milliləri qarşılacaq.
Bu matçın qalibi yarımfinalda İngiltərə-Ukrayna cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər matçında İtaliya və İspaniya üz-üzə gələcək
Qeyd edək ki, AVRO-2020 çərçivəsində Bakıda A qrupunun üç matçı keçirilib. İyunun 12-də ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. İyunun 16-da Türkiyə Uelsə 2-0, iyunun 20-də İsveçrəyə 3-1 hesab ilə məğlub olub.
Turnirin yarımfinal və final matçları Londonun "Uembli" stadionunda baş tutacaq.
AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçilir. Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

Tehsil-press.az


Oxşar xəbərlər