ABŞ-da bayram günlərində 150 nəfər silahlı hücumun qurbanı olub

ABŞ-da bayram günlərində 150 nəfər silahlı hücumun qurbanı olub ABŞ-da müstəqillik gününün (4 iyul) qeyd edildiyi uzun sürən bayram günlərində 150-dən çox insan odlu silah işlədilən 400-dən artıq insidentin qurbanı olub.
Bu barədə Birləşmiş Ştatlarda zorakılıq hallarını izləyən “Gun Violence Archive” tədqiqat qrupunun məlumatında deyilir.
Qrup son bir il yarımda Amerikanın əksər şəhərlərində şiddətlə müşayiət olunan, xüsusilə də odlu silahlardan istifadə edilməklə törədilən cinayətlərin sayının artdığını qeydə alıb. Nyu-Yorkda odlu silahdan istifadə olunan zorakılıqların sayında uzun illərdir qeydə alınmayan artım müşahidə edilib. Cari ildə bu göstərici 2020-ci ilin analoji dövrü ilə müqayisədə 40 faiz artıb - 767 hadisədə 885 qurban.
İllinoys ştatının Çikaqo şəhərinin polis idarəsinin Baş komissarı Devid Braunun məlumatına görə, ötən həftə sonu şəhərdə odlu silahla yaralanan 83 nəfərdən 14-ü həlak olub. Ölənlərin arasında beş və altı yaşlarında iki qız da var.

Tehsil-press.az

Oxşar xəbərlər