Bakı Dövlət Universiteti (BDU) 2018/2019-cu tədris ili üçün universitetdaxili “50+50” elan edib.
Müsabiqə professor və müəllimlərin, əməkdaşların, doktorant və tələbələrin elm və təhsildə qazandıqları nailiyyətləri daha da inkişaf etdirmək məqsədi daşıyır.
Müsabiqədə iştirak etmək üçün təqdimat sənədlərinin formalarını universitetin elektron saytından əldə etmək olar (www.bsu.edu.az). Sənədlər iyunun 20-dən 30-dək fakültə və institutların müvafiq müsabiqə komissiyalarına təqdim edilməlidir. Müsabiqə komissiyalarının qərarları və seçilmiş qrant layihələri isə iyulun 10-dək universitet komissiyasına təqdim olunmalıdır.
Universitetin 100 illik yubileyi münasibətilə keçirilən qrant müsabiqəsi 2018-ci il oktyabrın 1-dən 2019-cu il iyunun 30-dək olan dövrü əhatə edir.

Hikmət Əliyev