Putindən qərar: 6 il öncəki qadağa ləğv olundu...

Putindən qərar: 6 il öncəki qadağa ləğv olundu... Rusiya Prezidenti Vladimir Putin ölkənin hava yollarının Misir kurortlarına uçuşunu qadağan edən 2015-ci il fərmanını ləğv edib.
Putinin qərarına əsasən, 6 il öncə tətbiq edilən qadağa ləğv edilib.
Sözügedən məhdudiyyətin ləğvinə qədər Rusiya avia şirkətləri yalnız Qahirəyə uçuşlar həyata keçirə bilirdi.
Qeyd edək ki, 2015-ci ilin noyabrında Rusiyanın "Koqalymavia" şirkətinin təyyarəsi Şarm əş-Şeyxdən Sankt-Peterburqa uçarkən Sinay yarımadasında qəzaya uğramışdı. Təyyarədə olan 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olmuşdu. FSB hadisəni terror hücumu kimi dəyərləndirmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər