G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Qeorgievanın fond ehtiyatlarını koronavirusdan ziyan görən ölkələrə yardım üçün SDR (Xüsusi borcalma hüququ, BVF-nin hesab vahidi) şəklində 650 milyard dollar artırmaq təşəbbüsünü dəstəkləyiblər.
Bu barədə Venesiyada keçirilən "G20"nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin sammitinin nəticələri üzrə yayımlanan bildirişdə deyilir.
Bundan əlavə, sammit iştirakçıları transmilli şirkətlərin gəlirlərinə qlobal minimum verginin tətbiq edilməsini nəzərdə tutan beynəlxalq vergi islahatı barədə 130 dövlətin razılığını dəstəkləyiblər və bu təşəbbüsə qoşulmayan ölkələri fikirlərini dəyişdirməyə çağırıblar.
Tehsil-press.az