Dubayın 2 şirkəti sərmayəçiləri və dövlət tənzimləyici orqanlarını aldatdığına görə 1,16 milyard (315 milyon ABŞ dolları) məbləğində cərimə edilib. Dubayın Maliyyə Xidmətləri İdarəsi (DFSA) “Abraaj Investment Management Limited” (AIML) şirkətinə 1 milyard 98 milyon 431 min dirhəm (299,3 milyon dollar) və “Abraaj Capital Limited” (ACLD) şirkətinə 56 milyon 62,6 min dirhəm (15,2 milyon dollar) məbləğində cərimə olunması barədə qərar qəbul edib.
DFSA bu şirkətlərin yoxlanılmasına 2018-ci ildə başlayıb və araşdırma zamanı bir sıra qanun pozuntuları faktlarını üzə çıxarıb. Araşdırma zamanı sözügedən şirkətlərin lisenziyasız maliyyə xidmətlərinin göstərməsi, o cümlədən fondların idarə edilməsi, uzun müddət sərmayəçilərə yanlış maliyyə məlumatlarının verilməsi, öz şirkətlərinin əməliyyat xərclərinin ödəməsi üçün investorların vəsaitlərindən istifadə etməsi, vəsaitlərin nəyə xərclənməsi barədə məlumatları gizlətməsi və digər pozuntular aşkar olunub.
Tehsil-press.az