15 milyardlıq saziş imzalandı - Qətərdən QƏTİ ADDIM

15 milyardlıq saziş imzalandı - Qətərdən QƏTİ ADDIM Türkiyə Mərkəzi Bankı və Qətərin Mərkəzi Bankı Dohada valyuta mübadiləsi üzrə ikitərəfli saziş imzalayıblar.
Sənəd Qətərin Türkiyə iqtisadiyyatına 15 milyard dollar yatırması layihəsinin həyata keçirilməsi istiqamətində ilk addımdır.
Sazişin məqsədi ölkələr arasında ticarət əməliyyatları zamanı milli valyutalarda qarşılıqlı hesablaşmaların aparılmasının sadələşdirilməsi, həmçinin maliyyə sabitliyinə dəstəkdir. Saziş Türkiyənin maliyyə ehtiyatlarının möhkəmlənməsinə yardım edəcək.
Xatırladaq ki, bundan əvvəl Ankarada görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri şeyxTamim bin Həmad əl-Tani ikitərəfli əlaqələri müzakirə etmiş, görüş zamanı qətərli əmir qısa müddətdə Türkiyə iqtisadiyyatına 15 mlrd. dollar birbaşa sərmayə yatıracaqlarını bildirmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər