Baydenlə Merkel “Vaşinqton Bəyannaməsi” imzaladı

Baydenlə Merkel “Vaşinqton Bəyannaməsi” imzaladı ABŞ Prezidenti Co Bayden və Almaniya Kansleri Angela Merkelin görüşü “Vaşinqton Bəyannaməsi”nin imzalanması ilə başa çatıb.
Bəyannamənin mətnini Ağ Ev yayımlayıb.
“Münasibətlərimizin əsası demokratik prinsiplərə, dəyərlərə və institutlara ümumi sadiqlikdir”, - bəyannamədə deyilir.
Vaşinqton və Berlin “açıq dünya”nı müdafiə etməyi öhdələrinə götürürlər.
“Bütün dünyada bütün millətlər öz siyasi quruluşlarını müəyyənləşdirməklə xarici müdaxilədən, məcburiyyətdən və ya xarici dövlətlərin dominantlığından azad olmalıdırlar”, - ABŞ və Almaniya bəyan edirlər.
Onlar, həmçinin bütöv, azad və dinc Avropa uğrunda mübarizə aparmağı, NATO-nu dəstəkləməyi və mövcud ittifaq və tərəfdaşlıqları inkişaf etdirməyi vəd edirlər. Bəyannamədə yeni texnologiyalara dair qaydalar, normalar və standartların dəstəklənməsindən də danışılır. Berlin və Vaşinqtonun fikrincə, bu texnologiyalar repressiyaları deyil, azadlığı dəstəkləməlidir.
Bundan başqa, ölkələr istixana qazı tullantılarının daha da azaldılmasına yönəlmiş iqlim və enerji tərəfdaşlığının işə salındığını bəyan ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər