Avropada DƏRMAN əməliyyatı - Qanunsuz laboratoriyalar aşkar edildi

Avropada DƏRMAN əməliyyatı - Qanunsuz laboratoriyalar aşkar edildi İtaliya polisi “Europol”la birgə genişmiqyaslı antidopinq əməliyyatı keçirib.
Avropanın bir neçə ölkəsində keçirilmiş əməliyyat nəticəsində 234 nəfər həbs olunub.
Min nəfərdən çox şəxs istintaqa cəlb olunub, 3,8 milyon avro dəyərində dopinq və digər qadağan olunmuş dərman preparatları müsadirə edilib.
Qeyd olunur ki, əməliyyat 2018-ci ilin oktyabrından başlayıb. Əməliyyat zamanı biri İtaliyada olmaqla 9 qanunsuz laboratoriya aşkar edilib.
Əməliyyat nəticəsində bütün Avropada bu sahədə fəaliyyət göstərən 17 cinayətkar qruplaşma aşkar edilib. Ümumilikdə 600-dən çox idmançı antidopinq testlərdən keçirilib, 19 nəfərdə dopinq aşkar edilib.

Tehsil-press.az



Oxşar xəbərlər