Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi media nümayəndələri ilə birgə Azərbaycan milli mətbuatının yaranmasının 146-cı ildönümünə həsr edilmiş “XXI əsrin çağırışları və Azərbaycan mediası” mövzusunda onlayn dəyirmi masa keçirib.
Tədbirin moderatoru, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev 146 yaşlı Azərbaycan mətbuatının ölkəmizdə hüququ dövlətin möhkəmləndirilməsində, iqtisadi və siyasi islahatların həyata keçirilməsində, ölkəmizin dünya birliyinə inteqrasiya etməsində, vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Dəyirmi masada BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə böyük maarifçi və naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olub. Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda medianın inkişafında xüsusi mərhələ başlayıb. KİV-in inkişafında əldə olunmuş nailiyyətlər ümummilli lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində mümkün olub.
Ə.Ağamirzəyev Ulu Öndərin 1998-ci il 16 avqust tarixli Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi, növbəti mərhələdə KİV sahəsində qanunvericilik bazasının yaradılması, milli mətbuatın yaranmasının 130, 135, 140, 145 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsinin respublikamızda mətbuata yüksək dövlət qayğısının təzahürü olduğunu deyib.
44 günlük Vətən müharibəsində kütləvi informasiya vasitələrinin fəaliyyəti haqqında danışan Ə.Ağamirzəyev iyunun 4-də xidməti vəzifələrini icra edərkən Kəlbəcər rayonunun Susuzluq kəndində düşmən minasına düşərək şəhidlik zirvəsinə yüksələn jurnalistlərimiz - AzTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun Azərbaycan jurnalistlərinin simvoluna çevrildiklərini, əsgərlərimizlə birgə ön cəbhədə düşmənə sinə gərən Vətən oğulları kimi adlarını şanlı Zəfərimizin qəhrəmanları sırasına yazdırdıqlarını qeyd edib. O, Vətən müharibəsi dövründə BDU əməkdaşlarının və tələbələrinin informasiya müharibəsində iştirakı, universitetdə həyata keçirilən “Vətən müharibəsi dövründə medianın fəaliyyətinin təhlili” layihəsi haqqında da məlumat verib.
Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev manipulyasiya anlayışı, informasiya cəmiyyəti, jurnalistin ekstremal vəziyyətdə davranış qaydaları, ənənəvi və sosial mediada məsuliyyətliliyin artırılmasının əhəmiyyəti, ekstremal vəziyyətdə medianın funksionallığı, müharibə şəraitində informasiya məkanının qorunması, informasiya təhlükəsizliyinin, milli və dövlət maraqlarının təmin olunması haqqında ətraflı məlumat verib.
Daha sonra “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan təmsilçisi Müşfiq Ələsgərli, Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Allahverdi Məmmədli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxış ediblər. Çıxışlarda milli mətbuatımızın keçdiyi inkişaf yolu, bugünkü uğurları, mətbuatın inkişafı üçün dövlətin göstərdiyi diqqət və qayğı, 44 günlük Vətən müharibəsində medianın fəaliyyəti, müharibə vəziyyətində informasiya təhlükəsizliyinin təmin edilməsi və medianın məsuliyyəti, mediada hərbi sirlərin yayılmasının qarşısının alınması, pandemiya dövründə medianın fəaliyyət mexanizmi, “infodemiya” anlayışı kimi məsələlərdən bəhs olunub.
Tehsil-press.az