Azərbaycanlı gənclər Çində təhsil almaq hüququ qazanıblar

Azərbaycanlı gənclər Çində təhsil almaq hüququ qazanıblar Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2019-2020-ci tədris ili üzrə 37 nəfər azərbaycanlı gənc Çinin nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə edib.
Müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 37 nəfər bu ölkənin nüfuzlu ali təhsil müəssisələrində neft mühəndisliyi, proqramlaşdırma və kompüter elmləri, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (3 nəfər), magistratura (32 nəfər) və doktorantura (2 nəfər) səviyyələri üzrə təhsil almaq hüququ qazanıb.
Müvafiq təqaüd proqramı barədə elan cari il yanvarın 21-də Təhsil Nazirliyinin saytında verilib.

Tehsil-press.az

Oxşar xəbərlər