Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Təhsil nazirlikləri arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, 24 nəfər Azərbaycan vətəndaşı 2020-2021-ci tədris ili üzrə Çin Xalq Respublikasının nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 24 nəfər bu ölkənin Pekin Universiteti, Çin Neft Universiteti (Pekin), Pekin Elm və Texnologiya Universiteti, Yanşan Universiteti, Syamen Universiteti, Sinxua Universiteti kimi ali təhsil müəssisələrində neft mühəndisliyi, proqramlaşdırma və kompüter elmləri, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (4 nəfər), magistratura (18 nəfər) və doktorantura (2 nəfər) səviyyələri üzrə təhsil almaq hüququ qazanıb.
Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə elan ötən il noyabrın 28-də verilib.
Tehsil-press.az