ADA Universitetində ikinci “Diplomatiya həftəsi”nin bağlanış mərasimi keçirilib

ADA Universitetində ikinci “Diplomatiya həftəsi”nin bağlanış mərasimi keçirilib Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti" mövzusunda ikinci “Diplomatiya həftəsi” iyulun 29-da başa çatıb.
Əvvəlcə “Diplomatiya həftəsi”nin gedişi barədə videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, “Diplomatiya həftəsi”nin builki mövzusu təsadüfi seçilməyib. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu böyük şücaət göstərərək torpaqlarımızı işğaldan azad edib.
"Hər birimizin uğuru, qüruru, sevinci dövlətimizin uğurlarından asılıdır. Buna görə də hər birimiz dövlətimizin uğuru üçün çalışmalıyıq. Bu baxımdan könüllülük məktəbi xüsusi əhəmiyyətə malikdir", - deyə nazir Ceyhun Bayramov əlavə edib.
“Diplomatiya həftəsi”nin iştirakçılarına sertifikatlar təqdim edilib.
Sonra çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev “Diplomatiya həftəsi” barədə məlumat verib, iştirakçılara uğurlar arzulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər