“Elm həftəsi”nə hazırlıqla bağlı müzakirələr aparılıb

“Elm həftəsi”nə hazırlıqla bağlı müzakirələr aparılıb Martın 11-dən 17-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) təşkilatçılığı ilə “Elm həftəsi” keçiriləcək.
Bununla bağlı YT Parkda “Elm həftəsi”nə hazırlıq məsələləri müzakirə edilib.
YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov Azərbaycan Prezidentinin “Elm günü”nün təsis edilməsi haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamını xatırladıb. O, Sərəncamın icrasından irəli gələn tədbirlər çərçivəsində AMEA-da “Elm həftəsi”nin keçiriləcəyini söyləyib.
N.Şükürov daha sonra “Elm həftəsi”nin proqramı barədə məlumat verib, tədbirin yüksək səviyyədə təşkil ilə bağlı tapşırıqlarını diqqətə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər