Təhsil müəssisələrində “Oxu həftəsi”

Təhsil müəssisələrində “Oxu həftəsi” Aprelin 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində “Oxu həftəsi”nə başlanılıb.
“Oxu həftəsi”nin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, onların mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğidir.
Təhsil müəssisələrində “Oxu həftəsi” çərçivəsində Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılığından bəhs edən müzakirələr, müvafiq dərslər, konfrans, mühazirə, “dəyirmi masa” və ədəbi-bədii kompozisiyalar təşkil ediləcək.
Ənənəyə uyğun olaraq, hər il Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunur. Aprelin 21-də keçiriləcək “Oxu günü” Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılacaq.

Hüseyn Şərifov


Təhsil müəssisələrində “Oxu həftəsi”Təhsil müəssisələrində “Oxu həftəsi”Təhsil müəssisələrində “Oxu həftəsi”

Oxşar xəbərlər