Məşhur aktyor təcavüz qalmaqalına görə hakim qarşısına çıxdı

Məşhur aktyor təcavüz qalmaqalına görə hakim qarşısına çıxdı 2016-cı ildə Massaçusets ştatında 18 yaşlı gənc oğlana təcavüz etməkdə ittiham edilən amerikalı aktyor Kevin Speysinin ilk məhkəməsi keçirilib.
Dinləmələrdən sonra hakim Speysinin həmin gəncdən və ailəsinə yaxın getməmək barədə qərar verib. Məhkəmə prosesi 4 marta təxirə salınıb.
Həmçinin, məhkəmə təcavüzə məruz qaldığı deyilən gəncdən hadisə baş verən andan etibarən növbəti 6 aya qədərki mobil telefon danışıqlarını və digər məlumatları saxlamasını istəyib.
Speysinin vəkili Alan Cekson həmin məlumatların “Böyük ehtimalla aktyorun günahsızlığını sübut edəcəyinə” inandığını bildirib.
Qeyd edək ki, ötən il amerikalı aktyor Antoni Repp 1986-cı ildə 14 yaşında olarkən Speysinin ona evində təcavüz etdiyini açıqlayıb. Bu açıqlamadan sonra “Netflix” şirkəti aktyoru “House of Cards” serialından çıxarıb, həmçinin aktyora verilməsi nəzərdə tutulan “Emmi” mükafatından namizədliyi ləğv edilib.
Bundan sonra aktyorla bağlı digər təcavüz iddiaları ortaya çıxıb ki, bunlardan biri də məhz 18 yaşlı gəncə təcavüz etməsi ilə bağlı iddiadır.

Tehsil-press.az


Oxşar xəbərlər