Beynəlxalq Ordu Oyunları 11 ölkədə keçiriləcək

Beynəlxalq Ordu Oyunları 11 ölkədə keçiriləcək Beynəlxalq Ordu Oyunları – “Army-2021” bu il 42 ölkədən 280 komandanın iştirakı ilə 11 ölkədə təşkil ediləcək.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“22 avqust-4 sentyabr tarixləri arasında 42 ölkədən 280-dən çox komanda müharibə qabiliyyətlərini və qazanma iradələrini ortaya qoyacaq.
Bu il yarışlar 11 ölkənin torpaqlarında keçiriləcək. Yarışların coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib. Əl-Cəzair, Vyetnam, Qətər və Serbiyada ilk dəfə keçiriləcək”, - nazir qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər