Bakıda keçirilən Dünya Kuboku ölkədə batut və tamblinq gimnastikasının inkişafında əhəmiyyətli rol oynayacaq.
Təhsil-press.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən batut və tamblinq gimnastikası üzrə Dünya Kuboku yarışlarının açılış mərasimində çıxışında deyib.
Nazir qeyd edib ki, müasir dövrdə Azərbaycan beynəlxalq miqyasda bir idman dövləti kimi tanınır. Azərbaycan idmanının belə yüksəlişi dünya ictimaiyyətinin də diqqət mərkəzindədir:
"Elə bunun nəticəsidir ki, ölkəmiz çox nüfuzlu beynəlxalq yarışların keçirildiyi bir məkana çevrilib. Ölkəmizdə keçirilmiş I Avropa Oyunları, Ümümdünya Şahmat Olimpiadası, futbol üzrə 17 yaşlılar arasında Avropa çempionatı, “Formula-1” Avropa Qran-Prisi, dünya və Avropa çempionatları və digər beynəlxalq turnirlər müasir tələblər baxımından yüksək səviyyədə təşkil edilir. Məhz buna görə beynəlxalq idman qurumları mütəmadi olaraq belə tədbirlərin vətənimizdə keçirilməsinə böyük etimad göstərirlər. Bu etimadı doğrultmaq üçün biz ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və rəhbərliyi ilə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq".
A.Rəhimov vurğulayıb ki, beynəlxalq yarışların ölkəmizdə təhlükəsiz, ədalətli prinsiplər əsasında keçirilməsi idmanın sərhədsiz, geniş coğrafiyaya malik olmasını bir daha önə çəkib: "Elə bunun nəticəsidir ki, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, batut və tamblinq gimnastikası üzrə Dünya Kuboku kimi reytinqli yarışların da vətənimizdə keçirilməsinə etimad göstərilib. Əminəm ki, bu yarışların da yüksək səviyyədə keçirilməsinə nail olacağıq".
Nazir bildirib ki, batut və tamblinq gimnastikası idman növü dünyada, o cümlədən ölkəmizdə çox sevilən, böyük tamaşaçı kütləsi toplayan idman növüdür:
"Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra bütün gimnastika idman növlərinə, o cümlədən batut və tamblinq gimnastikasına diqqət və maraq xeyli artıb və bunun nəticəsində bütün tədbirlər yüksək səviyyədə təşkil olunur və idman bayramına çevrilir. Fürsətdən istifadə edərək Azərbaycan idmanına göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya idman ictimaiyyəti adından dərin minnətdarlığımı bildirirəm".
A.Rəhimov xatırladıb ki, 2013-cü ildən ölkəmizdə inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku ikinci dəfədir Azərbaycanda təşkil edilir: "Tamblinq üzrə Dünya Kubokuna isə ilk dəfədir ev sahibliyi edirik. Belə mötəbər yarışların respublikamızda keçirilməsinə etimad göstərdiklərinə görə Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Dünyanın 15 ölkəsinin idmançılarının qatıldığı bu yarışlar, şübhəsiz ki, Azərbaycanda bu idman növlərinin inkişafında və təbliğində əhəmiyyətli rol oynayacaq, idmançılarımızın təcrübə toplamalarına münbit şərait yaradacaq. Əminəm ki, yarışları izləməyə gəlmiş tamaşaçı və azarkeşlər üçün də bu tədbirlər unudulmaz hadisə kimi yaddaşlarda qalacaq".
Gənclər və idman naziri ümid etdiyini bildirib ki, Dünya Kubokunda öz qüvvələrini sınayan idmançılar noyabrın 9-dan 19-dək Bolqarıstanın Sofiya şəhərində keçiriləcək dünya çempionatında və dünya yaş qrupları yarışlarında öz bacarıqlarını nümayiş etdirəcəklər: "Hər bir idmançıya layiqli mübarizə aparmağı və qələbə əldə etməyi arzulayıram".
Təhsil-press.az