Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.
Müdafiə Nazirliyindən Tehsil-press.az-a verilən məlumata görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Qarşılanma mərəsimindən sonra ordu generalı S.Şoyqu Silahlı Qüvvələrin Baş Qərargahının binasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeyi ziyarət edib.
Hər iki ölkənin Müdafiə naziri arasında geniş tərkibdə keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik Z.Həsənov Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını, əməkdaşlığın dostluq münasibətləri, qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini xüsusi qeyd edib.
Ənənəvi "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarına uğurla ev sahibliyi etdiyinə görə rusiyalı həmkarını təbrik edən Azərbaycanın Müdafiə naziri Silahlı Qüvvələrimizin hərbi qulluqçularının bundan sonra da bu mötəbər müsabiqədə iştirak edərək peşəkarlıqlarının artırılmasının zəruriliyini bildirib.
Müdafiə naziri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktını, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu problemini də qonaqların diqqətinə çatdırıb.
Ordu generalı S.Şoyqu öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edərək bu cür görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha vurğulayıb.
Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, Xəzər dənizində hərbi əməkdaşlıq, o cümlədən birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət heyətlərin qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.
Tehsil-press.az