Bakı Dövlət Universitetində (BDU) “ASAN Könüllüləri” Təşkilatı və “Mədəniyyət carçısı” proqramının birgə təşkilatçılığı, BDU-nun dəstəyi ilə “Nizami dünyası” kompozisiyası nümayiş olunub.
Kompozisiyanı dahi Nizaminin “Xəmsə”si əsasında “ASAN Könüllüləri” hazırlayıb. Kompozisiyada Nizaminin “Xəmsə”sində yer alan beş poemanın motivləri əsasında parlaq səhnələr təqdim olunur, müxtəlif rəqs nömrələri səhnələrə xüsusi rəng qatır.
Kompozisiya nümayiş olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova çıxış edərək ölkəmizdə “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən tədbirlərdən danışıblar.
Ceyhun Salmanov qeyd edib ki, Nizami Gəncəvi dünya mədəniyyətinə, ədəbiyyatına ölməz incilər bəxş edib. Dahi şairin xalqımızın mədəni sərvətinə çevrilən əsərləri Azərbaycanla yanaşı, dünya xalqlarının da tarixi keçmişini və adət-ənənələrini özündə əks etdirir.
O, nümayiş olunan kompozisiyanı gənclərin “Nizami Gəncəvi İli”nə töhfə olduğunu bildirib.
Əliş Ağamirzəyev BDU-da “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planına müvafiq olaraq, şairin zəngin irsinin öyrənilməsi və tələbələr arasında geniş təbliğ edilməsi istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verib. Bildirilib ki, “Nizami Gəncəvi İli” çərçivəsində BDU-da 20-dən çox tədbir, konfrans, elmi seminar, dəyirmi masa və s. təşkil olunub.
Sonda könüllülərə sertifikatlar təqdim edilib.
Tehsil-press.az