ADMİU-nun tələbələri “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən tədbirdə iştirak ediblər

ADMİU-nun tələbələri “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən tədbirdə iştirak ediblər “Azərkitab” Kitab Mərkəzində “Nizami Gəncəvi İli” çərçivəsində tədbir keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və “Azərkitab”ın birgə təşkilatçılığı ilə keçirilən tədbir, eyni zamanda, “Zoom” proqramı vasitəsilə onlayn təşkil edilib.
Tədbiri “Azərkitab” Kitab Mərkəzinin layihə rəhbəri Sabir Həsənov açaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu xatırladıb. Qeyd edib ki, dahi Azərbaycan şairinin irsinin araşdırılması, daha dərindən və hərtərəfli öyrənilməsi, eləcə də beynəlxalq arenada təbliği baxımından bu ilin əhəmiyyəti çox böyükdür.
Əməkdar artist Azad Şükürov bildirib ki, ADMİU “Nizami Gəncəvi İli” ilə bağlı çox geniş tədbirlər planı hazırlayıb, universitetin bütün fakültələri dahi şairin yaradıcılığına müraciət edib, öz sahələri ilə onun əsərlərini paralel öyrənirlər.
Sonra tələbələr Nizami Gəncəvinin poemalarından parçalar səsləndirib, qəzəllərini ifa edib və müxtəlif hekayələrini canlandırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər