BDU-da “Nizami Gəncəvi İli” çərçivəsində silsilə tədbirlər

BDU-da “Nizami Gəncəvi İli” çərçivəsində silsilə tədbirlər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində Bakı Dövlət Universitetində (BDU) müxtəlif tədbirlər təşkil olunur.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbələr arasında geniş təbliğ edilməsi istiqamətində universitetdə 20-dən çox elmi seminar, layihə, müsabiqə, dəyirmi masa, konfrans və s. reallaşdırılıb.
Akademik Rafael Hüseynovun iştirakı ilə elmi seminar, Xalq yazıçısı Elçinin “Əbədi müasirimiz – Nizami haqqında söz” mövzusunda onlayn mühazirə, “Azərbaycan ədəbiyyatında Nizami ənənələri”, “Nizami yaradıcılığında Novruz ənənələri”, “Nizami Gəncəvi əsərlərinin əlyazma nüsxələri dünya arxiv və kitabxanalarında”, “Nizami Gəncəvi yaradıcılığı rus ədəbiyyatşünaslığında”, “Nizami və Qərb dünyası”, “Nizami yaradıcılığında didaktik motivlər”, “Nizami və dünya ədəbiyyatı” və s. mövzularda müxtəlif tədbirlər, “Nizami yaradıcılığı dünya mədəniyyəti kontekstində” adlı onlayn elmi konfrans, “Nizaminin söz dünyası” adlı bədii qiraət layihəsi, “Nizami Gəncəvi irsinin öyrənilməsi” adlı layihə təşkil olunub, şairin “Yeddi gözəl”, “Sirlər xəzinəsi” əsərlərinə həsr olunan dəyirmi masa keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər