Uydurma “erməni soyqırımı”nı ifşa edən kitab nəşr olunub

Uydurma “erməni soyqırımı”nı ifşa edən kitab nəşr olunub Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyevin “Qondarma “erməni soyqırımı” ABŞ-Türkiyə münasibətlərində” kitabı çap olunub.
Müəllif yeni əsərində XIX əsrin sonundan başlayaraq müasir dövrə qədər olan erməni iddialarının əsas səbəblərini və ABŞ-Türkiyə münasibətlərini tədqiq edir. Kitabda “erməni məsələsi”nin meydana gəlməsi, iri dövlətlərin Osmanlı siyasəti, Anadoluda erməni qiyamlarının törədilməsi, ermənilərin Osmanlı dövlətinin parçalanmasında iştirakı, dinc türk əhalisinin erməni millətçi ekstremistləri tərəfindən qətlə yetirilməsi, ermənilərin qondarma “soyqırımı” iddiaları və pərdəarxası məqamları faktoloji materiallar əsasında təhlil edilir.
Dosent Zaur Əliyev 16 kitabın, 100-dən çox məqalənin müəllifidir. Əsərləri dünyanın bir çox ölkələrində çap olunub.

Tehsil-press.az


Oxşar xəbərlər