Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) xüsusi istedadı ilə fərqlənən bir qrup şagird və məzunlarla görüş keçirilib.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları daim həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmağın əsas hədəflərdən olduğunu deyib, bu istiqamətdə bir çox müsabiqələr və layihələrin təşkil olunduğunu diqqətə çatdırıb.
BŞTİ müdiri tədris ili ərzində istedadlı şagirdlərin seçilib müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən “Ən yaxşı təqdimat”, “Sabahın alimləri” müsabiqələri, Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası, Respublika Fənn Olimpiadaları və digər müvafiq tədbirlərin əhəmiyyətindən bəhs edib.
M.Vəliyeva məktəbliləri təbrik edərək onlara uğurlar arzulayıb.
Görüşdə iştirak edən şagird və məzunlar göstərilən diqqətə görə təşəkkürlərini bildirib, daha böyük uğurlara imza atmaq üçün səylə çalışacaqlarını söyləyiblər.
Sonda xüsusi istedadı ilə fərqlənən şagird və məzunlara BŞTİ tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim olunub.
Tehsil-press.az