Məktəb direktorları ilə onlayn görüş

Məktəb direktorları ilə onlayn görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.
Görüşdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəblərdə distant təhsilin səmərəli təşkili, təhsil işçilərinin vaksinasiyası, məktəblərin xarici kommunikasiyası məsələlərinin tənzimlənməsi qaydaları, məktəbəqəbul prosesinə hazırlıq, “Onlayn dərs”, “Ən yaxşı təqdimat” müsabiqələrinin gedişatı, istedadlı şagirdlər üçün təşkil olunacaq fənn müsabiqələri, IX sinif şagirdləri üçün keçiriləcək sınaq imtahanları barədə fikirlərini diqqətə çatdırıb.
M.Vəliyeva direktorlara vaksinasiya prosesinə daha məsuliyyətlə yanaşmağı, bu məsələ ilə bağlı onların üzərinə düşən vəzifələrin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, ənənəvi tədrisi bərpa etməyin ən vacib prioritetlərindən biri təhsil işçilərinin vaksinasiyasıdır.
Daha sonra M.Vəliyeva Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsində səmərəli fəaliyyətinə görə təşəkkürnamə ilə təltif olunan müəllimləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra məktəb direktorlarını maraqlandıran bir sıra suallara aydınlıq gətirilib.

Tehsil-press.az

Oxşar xəbərlər