Paytaxt məktəbliləri məntiq olimpiadasının qalibi olublar

Paytaxt məktəbliləri məntiq olimpiadasının qalibi olublar Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsinin nəticələri açıqlanıb.
Finalda idarənin tabeliyindəki ümumi təhsil məktəblərinin 26 şagirdi qalib olub. Belə ki, 4 nəfər I, 9 nəfər II, 13 nəfər isə III yerə layiq görülüb.
V sinif şagirdləri arasında keçirilən olimpiadanın final turunda şagirdlər məntiqi təfəkkürə dair sualları cavablandırıblar.
Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd Lütfi Zadənin irsini təbliğ etmək, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə olan marağını artırmaqdan ibarətdir.

Tehsil-press.az

Oxşar xəbərlər