“Onlayn dərs” müsabiqəsinin qalibləri təltif olunub

“Onlayn dərs” müsabiqəsinin qalibləri təltif olunub Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Onlayn dərs” müsabiqəsinin qalibləri təltif olunub.
Müsabiqənin nəticələrinə əsasən, 12 onlayn dərs nümunəsi qalibinə diplom, 12 fərqlənən dərs nümunəsi sahibinə isə təşəkkürnamə təqdim edilib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva diplom və təşəkkürnamələri qaliblərə təqdim edib. Müsabiqənin əhəmiyyətini yüksək dəyərləndirən Mehriban Vəliyeva hər bir müəllimin fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib, onlara uğurlar arzulayıb.
Müəllimlər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, bundan sonra da səylə çalışacaqlarını ifadə ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər