ADA Universitetində Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən “BİR - Biz İmkansızı Reallaşdıraq” layihəsi çərçivəsində “İnklüziv təhsildə valideyn yanaşması” mövzusunda seminar təşkil olunub.
Seminarı ADA Universitetinin baş müəllimi Ülviyyə Mikayılova və layihənin icraçıları, eyni zamanda, ADA Məktəbinin müəllimləri Sevinc Quliyeva və Ərkinaz Rəsulzadə aparıb. İlkin olaraq valideynlərə inklüziv təhsillə bağlı geniş məlumat verilib. Ülviyyə Mikayılova bu mövzu ətrafında təcrübəsini seminar iştirakçıları ilə bölüşüb.
Sonra iştirakçıların fikirləri dinlənilib, maraqlı müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Seminar valideynlər tərəfindən maraqla qarşılanıb.
Tehsil-press.az