Vaşinqtonda dövlət qulluqçuları və tibb işçiləri üçün məcburi vaksinasiya tətbiq edilib

Vaşinqtonda dövlət qulluqçuları və tibb işçiləri üçün məcburi vaksinasiya tətbiq edilib Vaşinqton ştatının qubernatoru Cey İnsli dövlət qulluqçuları və tibb işçilərinin əksəriyyəti üçün məcburi vaksinasiya tətbiq olunduğunu elan edib.
Bu barədə qubernatorun saytında dərc olunan press-relizdə bildirilir.
Qərara əsasən, ştatın icra hakimiyyəti əməkdaşları və könüllülər, yerli podratçılar, yaşlı insanlara xidmət edənlər də daxil olmaqla dövlət və özəl sektorda çalışan tibb işçiləri oktyabrın 18-dək COVID-19 əleyhinə tam vaksinasiya olunmalıdır.
Son vaxtlar koronovirusun “delta” ştammının yayılması səbəbindən Vaşinqton ştatının bütün dairələrində xəstəxanaya yerləşdirilənlərin sayında kəskin artım müşahidə edilir.

Tehsil-press.az


Oxşar xəbərlər