“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Bakı Dövlət Universitetində (BDU) çalışan bütün əməkdaşların müvafiq qaydada vaksinasiya olunması işlərini sürətləndirmək üçün bir sıra tədbirlər həyata keçirilir.
Tədbirlər çərçivəsində universitetin təşəbbüsü və müraciəti əsasında cari ilin 15-21 aprel və 19-21 may tarixlərində 30 saylı şəhər poliklinikasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) vaksinasiya məntəqəsi qurulub və əməkdaşların mütəşəkkil şəkildə COVID-19 infeksiyasına qarşı peyvənd olunması həyata keçirilib. Eyni zamanda, BDU-nun əməkdaşları mütəmadi olaraq ərazi və sahə poliklinikalarında vaksinasiya prosesində iştirak ediblər.
Hazırda BDU və universitetin Qazax filialı üzrə əməkdaşların vaksinasiyası 63 faiz təşkil edir. BDU əməkdaşlarından (ümumi əməkdaş sayı – 2 min 846 nəfər, o cümlədən BDU əməkdaşları – 2 min 707 nəfər, universitetin Qazax filialı – 139 nəfər) 1759 nəfər COVID-19 infeksiyasına qarşı peyvənd olunub (BDU əməkdaşları – 1632 nəfər, universitetin Qazax filialı – 127 nəfər).
487 nəfər (ümumi əməkdaşların 17 faizi) COVID-19 infeksiyasına yoluxduqlarına və infeksiyaya qarşı antitel qazandıqlarına görə onların peyvənd olunması təxirə salınıb (BDU əməkdaşları – 475 nəfər, universitetin Qazax filialı – 12 nəfər).
Beləliklə, BDU və universitetin Qazax filialı üzrə vaksinasiya olunmuş və COVID-19 xəstəliyinə yoluxaraq infeksiyaya qarşı antitel qazanmış əməkdaşların sayı 2 min 246 nəfərdir ki, bu da ümumi əməkdaş sayının 80 faizini təşkil edir.
Vaksinasiya Strategiyasına uyğun olaraq BDU-da çalışan bütün əməkdaşların müvafiq qaydada vaksinasiya olunması işlərini sürətləndirmək üçün tədbirlər (məlumatlandırma, maarifləndirmə, əlaqələndirmə və s.) davam etdirilir.
Tehsil-press.az