BANM-in ixtisaslarının müsabiqəsi üçün ingilis dili fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur

BANM-in ixtisaslarının müsabiqəsi üçün ingilis dili fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur Bakı Ali Neft Məktəbinin (BANM) ixtisaslarının müsabiqəsində iştirak etmək üçün ingilis dili fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.
Bakı Ali Neft Məktəbinin bütün ixtisaslarına qəbul olan tələbələrə birinci kursda hazırlıq proqramı əsasında “İngilis dili 1 və 2” və “İnformasiya-kommunikasiya texnologiyalarının mühəndislikdə tətbiqi 1 və 2” fənləri tədris olunur.
BANM-in təklifini nəzərə alaraq, bu ali məktəbin ixtisaslarının müsabiqəsində iştirak etmək üçün qeyd olunan məhdudiyyət aradan qaldırılıb. Belə ki, BANM-in I qrup ixtisasları ilə yanaşı, II qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin də xarici dil fənni üzrə nəticələrinə məhdudiyyət tətbiq edilməyəcək.

Tehsil-press.az


Oxşar xəbərlər