Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır. 2018/2019-cu tədris ili üçün həmin yerlər üzrə müsabiqədə iştirak etmək istəyən birinci və ikinci dərəcəli gözdən əlil abituriyentlər tibbi sosial ekspert komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən, yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayışları (AZS №086), “Abituriyentin elektron ərizəsi”ni avqustun 1-dən 14-dək Dövlət İmtahan Mərkəzinə (DİM) və ya bu qurumun regional bölmələrinə təqdim etməlidirlər.
Builki məzunlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Əvvəlki illərin məzunları üçün isə müsabiqə iyulun 10-da keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq.
Müsabiqədə ümumi balı 30-dan, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə minimal bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər iştirak edə bilərlər.
Tehsil-press.az