Zelenski Merkeli “Azadlıq” ordeni ilə təltif etdi

Zelenski Merkeli “Azadlıq” ordeni ilə təltif etdi Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya Kansleri Angela Merkeli ölkənin dövlət mükafatı – “Azadlıq” ordeni ilə təltif edib.
“Sentyabrda Almaniya yeni kansleri seçəcək. Şəxsən mən əminəm ki, xanım Merkel Almaniya və Avropanın siyasi həyatının fəal iştirakçısı olaraq qalacaq. Amma bilin ki, istənilən halda, istənilən statusda və istənilən vaxt siz həmişə Ukraynada arzuolunan qonaq olacaqsınız. Təşəkkür edirəm”, - ukraynalı lider qeyd edib.
Avqustun 22-də Almaniya Kansleri Angela Merkel Prezident Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edib. Kiyevdə aparılan danışıqlar zamanı liderlər “Şimal Axını-2”nin işə salınmasını, həmçinin Donbassdakı vəziyyəti müzakirə ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər