“Vaşinqtonun son sanksiyalarının cavabı sərt olacaq”

“Vaşinqtonun son sanksiyalarının cavabı sərt olacaq” “Moskva ABŞ-ın yeni Rusiya əleyhinə sanksiyalarını ikitərəfli əlaqələr qurmaq məsələsində istəksizlik olaraq dəyərləndirir”.
Bunu Rusiya Xarixi İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O qeyd edib ki, Vaşinqtonun son sanksiyalarının cavabı sərt olacaq:
“Co Bayden administrasiyasının belə düşməncəsinə hərəkətlərinin siyasi iradə çatışmazlığından və Rusiya-ABŞ əlaqələrini əməkdaşlıq təməlində inşa etmək məsələsindəki istəksizlikdən qaynaqlandığını düşünürük.
Vaşinqton Rusiyaya təzyiq göstərməyin faydasız olacağını bildiyi halda, həqiqətdən uzaq mövqeyindən əl çəkmir”.
“Cenevrə Zirvəsinin ruhuna və dövlət başçılarının əldə etdiyi razılaşmalara zidd olaraq, Vaşinqton ölkələrimizin beynəlxalq arenada əməkdaşlıq və koordinasiyanı artırmalı olduğu bu çətin dönəmdə Rusiyaya uydurma bəhanələrlə yeni sanksiyalar tətbiq edir.
Bu, ABŞ-ın Əfqanıstandakı proqnozlaşdırılmayan nəticələrlə dolu ən böyük xarici siyasət uğursuzluğu şərtlərində edilir”, - XİN rəsmisi vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər