DİM TKT imtahanına dair onlayn məlumat sessiyası təşkil edəcək

DİM TKT imtahanına dair onlayn məlumat sessiyası təşkil edəcək Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Dillər Universiteti (ADU) ilə birgə TKT imtahanına dair məlumat sessiyası keçirəcək.
TKT İngilis dili müəllimləri üçün “Cambridge Assessment English” (CAE) qurumunun təklif etdiyi beynəlxalq səviyyədə tanınan müəllimlik kvalifikasiyasıdır. Pedaqoji təcrübəsindən asılı olmayaraq bütün müəllimlər bu imtahanı verə, peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirə və təsdiq edə bilərlər.
Vebinarın spikerləri DİM-in nümayəndəsi Günay Hacılı və ADU-nun müəllimi, eləcə də “British Council”ın təlimçisi Zarema İbrahimovadır. Məlumat sessiyasının birinci hissəsində DİM-in nümayəndəsi Günay Hacılı TKT imtahanlarının üstünlükləri, imtahan formatı və modulları haqqında danışacaq, sessiyanın ikinci hissəsində isə təlimçi Zarema İbrahimova ADU-da təşkil edilən TKT imtahanlarına hazırlıq kursu, imtahana hazırlıq resursları barədə iştirakçıları məlumatlandıracaq.
Vebinar “Zoom” platforması üzərindən ingilis dilində keçiriləcək. Vebinarda iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki avqustun 27-dək aktiv olacaq və “Zoom” linki avqustun 27-də günün birinci yarısı göndəriləcək.
Xatırladaq ki, DİM 2020-ci ilin iyul ayından etibarən ölkədə CAE-in rəsmi test mərkəzlərindən biri kimi fəaliyyət göstərmək hüququ əldə edib.
TKT imtahanı da daxil olmaqla DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı Mərkəzin saytında yerləşdirilmiş link vasitəsilə ətraflı məlumat əldə etmək olar.

Tehsil-press.az


Oxşar xəbərlər