Dövlət Pedaqoji Universitetinin xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı genişlənir

Dövlət Pedaqoji Universitetinin xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı genişlənir Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) mübadilə proqramları çərçivəsində bir çox ölkələrə tələbə və müəllimlərin göndərilməsi prosesi davam edir. Hazırda ADPU-nun 53 xarici ali təhsil müəssisəsi ilə birbaşa əlaqələri mövcuddur.
Türkiyənin 11 universiteti ilə “Mövlanə” proqramı çərçivəsində əməkdaşlıq edilir. “Erasmus+” mübadilə proqramı çərçivəsində tərəfdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsi mütəmadi olaraq həyata keçirilir. Pedaqoji Universitet Avrasiya Universitetlər Birliyi, Kafkasya Universitetlər Birliyi kimi beynəlxalq assosiasiyalarla yaxından əməkdaşlıq edir. ADPU, həmçinin Avropa Müəllim Hazırlığı Şəbəkəsi və Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının üzvüdür.

Tehsil-press.az


Oxşar xəbərlər