AzTU ilə Türkiyənin Kütahya Dumlupınar Universiteti arasında memorandum imzalandı

AzTU ilə Türkiyənin Kütahya Dumlupınar Universiteti arasında memorandum imzalandı Türkiyənin Kütahya Dumlupınar Universitetinin Beynəlxalq Əlaqələr ofisinin əməkdaşları Elif Körpe və Berrin Demir Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Qonaqlar universitetin rektoru Vilayət Vəliyevlə görüşüblər.
Görüşdə AzTU ilə ERASMUS+ layihəsi və Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq, həmçinin ikili diplom proqramlarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda hər iki universitet arasında anlaşma memorandumu və Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıqla bağlı müqavilə imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər