Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) pedaqoji forumun IX dinləməsi keçirilib. Tədbir pedaqoji təhsildə xarici təcrübəyə həsr edilib.
Görüşdə Kopenhagen Universitet Kollecinin (UCC) Müəllim hazırlığı fakültəsinin professoru Klaus Bruun Hansenin “Danimarkada müəllim hazırlığında pedaqoji təcrübə” mövzusunda məruzəsi dinlənilib.
Tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov ADPU ilə UCC arasında “Erasmus+” çərçivəsində “Fəaliyyət 1- Tələbə və heyət mobilliyi” müəssisələrarası müqavilə imzalandığını bildirib. O qeyd edib ki, müqavilə çərçivəsində ADPU-nun tələbə və müəllim heyəti mübadilələrdə iştirak edərək beynəlxalq təcrübəni öyrənir, əməkdaşlığın inkişafında mühüm rol oynayırlar. Müəssisələrarası tələbə-heyət mübadiləsinin davamı olaraq, professor Klaus Bruun Hansen ADPU-nun tələbə və müəllim heyəti ilə görüşlər keçirir, seminarlar təşkil edir, eləcə də bilik və təcrübə mübadiləsi aparır.
Dosent E.Aslanov professor Klaus Bruun Hansenin həyat və elmi fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, professor 25 ildir coğrafiya və coğrafiyanın pedaqogikası müəllimi kimi fəaliyyət göstərir.
Klaus Bruun Hansen çalışdığı kollecin fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, Danimarkada iki təhsil sistemi mövcuddur. Sistemlərin birində 3 il bakalavr, sonra magistratura və onun səviyyəsi olan doktorantura nəzərdə tutulub. Lakin yeni universitet-kollec sistemi var ki, buranı qurtaranlar müəllim kimi çalışmaq istəyənlərə aiddir. Universitetə sənəd vermək istəyən şəxsin gimnaziya təhsili olmalıdır. Gimnaziyanı bitirən şəxs, həmçinin peşə təhsili və universitet-kollec təhsilini seçə bilər. Müəllimlik ixtisasını oxuyan şəxsə təhsil aldığı müddətdə 400 kredit təklif olunur və həmin kreditə əsasən tələbə il ərzində 60 kredit götürə bilir. Tələbələrin pedaqoji təcrübəyə göndərilməsi üçün isə 30 kredit nəzərdə tutulur. Təhsil müddətində tələbələr 24 həftə pedaqoji təcrübə keçir.
Klaus Bruun Hansenin geniş təqdimatı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə təqdimatı yüksək qiymətləndirib və məruzəçiyə yeni uğurlar arzulayıb.
Daha sonra iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Mətbuat Xidməti