İranın yeni prezidentindən qonşu dövlətlərlə bağlı - Açıqlama

İranın yeni prezidentindən qonşu dövlətlərlə bağlı - Açıqlama “Mənim hökumətim dönəmində qonşulara üstünlük verən xarici siyasət xəttinə üstünlük verəcəyik”.
Bunu İranın yeni Prezidenti İbrahim Rəisi Tehranda Nazirlər Kabinetinin iclasında bildirib.
“Ən aktiv hökumət diplomatiyası qonşularımızla aparılmalıdır. Qonşularımızla əlaqələrimizi möhkəmləndirəcəyik. Onlarla ticari və iqtisadi əməkdaşlığı artırmaq üçün bütün səyləri göstərməliyik.
Çünki bu əlaqələri gücləndirmək və İranın regional ticarətdəki payını artırmaq üçün yaxşı imkanlar mövcuddur”, - o qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər