Lester Universitetinin prezidenti, professor Pol Boyl (Paul Boyle) və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb.
Universitetin tarixi, fakültələri, ixtisaslar, tədris prosesi və beynəlxalq əlaqələri barədə qonaqlara məlumat verən rektor İngiltərə universitetləri ilə də əlaqələrin əhəmiyyətini xüsusi qeyd edib. AzMİU-da tədrisin müəyyən ixtisaslar üzrə ingilis dilində aparıldığını vurğulayan rektor bildirib ki, ingilis dilli kadrların azlığı bu istiqamətdə görüləcək işlərdən xəbər verir. Bu baxımdan da Gülçöhrə Məmmədova Lester Universiteti ilə əlaqələrin inkişafında maraqlı olduqlarını qonaqların diqqətinə çatdırıb.
Lester Universitetinin prezidenti Pol Boyl da öz növbəsində bildirib ki, rəhbərlik etdiyi universitetin Bakıda regional ofisinin olması onların da Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq etməsinə əyani sübutdur. O bildirib ki, AzMİU-nun müəyyən ixtisasları üzrə Lester Universitetində də kadr hazırlığı aparılır və bu istiqamətdə əməkdaşlıq yaxşı nəticələr verə bilər. Professor Pol Boyl AzMİU ilə işgüzar əlaqələr qurulacağını və bu əməkdaşlığın inkişafı istiqamətində səylərini əsirgəməyəcəklərini qeyd edib.
Tərəflər AzMİU ilə Lester Universiteti arasında gələcək əməkdaşlıq imkanları, o cümlədən ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi və digər məsələləri müzakirə ediblər.
Görüşdə AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova, magistratura şöbəsinin müdiri Rövşən Səmədov iştirak edib.

AzMİU-nun Mətbuat Xidməti