AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir

AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir Türkiyənin Yıldız Texnik Universitetinin İnşaat fakültəsinin dekanı, professor Engin Gülalın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb.
Gülçöhrə Məmmədova ikitərəfli əlaqələrin perspektivlərinin müzakirəsi üçün belə görüşlərin əhəmiyyətini, rəhbərlik etdiyi universitetin bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Rektor əməkdaşlıq əlaqələrinin beynəlxalq proqram və layihələr çərçivəsində inkişafı ilə yanaşı, müəllim-tələbə mübadiləsi, ikili diplom, tədqiqat işlərinin birgə yerinə yetirilməsi və s. istiqamətlərdə davam etdirilməsini arzulayıb.
Engin Gülal AzMİU ilə əməkdaşlığın real istiqamətləri ətrafında danışıb.
Görüşdən sonra qonaqlar AzMİU-nun sərgi salonunda Memarlıq fakültəsinin tələbəsi Dəniz Baxışzadənin fərdi yaradıcılıq sərgisi ilə tanış olublar. Qonaqlar universitetin birinci korpusunda Şəhidlər guşəsini də ziyarət ediblər. Universitetlə yaxından tanışlıq proqramına uyğun olaraq qonaqlar Memarlıq fakültəsində dərs prosesini izləyib, studiya və mərkəzləri gəziblər.

Tehsil-press.az

Oxşar xəbərlər